AZ

Üzərində tədqiqat aparılan meymunlar laboratoriyadan qaçdılar

ABŞ-də maraqlı hadisə baş verib. NBC News-un yaydığı məlumata görə, Cənubi Karolinada 40 eksperimental meymun tədqiqat mərkəzindən qaçıb. 

"Polis çərşənbə günü axşam Cənubi Karolina ştatında tədqiqat müəssisəsindən qaçan meymunların axtarışına çıxıb", - məlumatda deyilir.

Polis yerli sakinlərə xəbərdarlıq edib. Bildirilib ki, meymunların onların evlərinə girməməsi üçün qapı və pəncərələr bağlı saxlanılmalıdır və heyvanlarla təmasda olmaq qadağandır. 

Heyvanların kliniki sınaqları, o cümlədən beyin xəstəliklərinin müalicəsi üçün meymunlarla işləyən Alpha Genesis şirkətinin tədqiqat mərkəzindən qaçdığı qeyd edilir.

Tural

Seçilən
42
news365.az

1Mənbələr