AZ

Qriqoryan Moskvadan imtina etdi, bu ölkəyə gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 8-də demokratiya forumunda iştirak etmək üçün Litvaya gedəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından məlumat verilib.

“Qriqoryan noyabrın 8-də Vilnüsə gedəcək və burada “Demokratiyanın gələcəyi” forumunda iştirak edəcək”, - məlumatda qeyd olunub.

Qriqoryanın bir sıra işgüzar görüşlər keçirəcəyi bildirilib.

Qeyd edək ki, bu gün Moskvada MDB Təhlükəsizlik Şuraları katiblərinin 12-ci iclası keçirilib. Ermənistanı iclasda bu ölkənin Rusiyadakı səfiri Qurgen Arsenyan təmsil edib.

Seçilən
12
axar.az

1Mənbələr