Rusiyanın Gelencik şəhərində yabanı göbələkdən kütləvi zəhərlənmə baş verib, üç nəfər reanimasiyadadır.
Gundem.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, göbələkdən zəhərlənənlərin sayı 10-dan çoxdur.
Əksəriyyətində qaraciyər və böyrək çatışmazlığı əlamətləri müşahidə olunub. Onlar arasında 77 yaşlı təqaüdçü və hamilə qadın da var.
Hazırda həkimlər xəstələrin vəziyyətini stabilləşdirməyə çalışırlar.