AZ

Əhaliyə XƏBƏRDARLIQ - Bu gün saat 16:00-dan etibarən… 

Ötən gün Yer kürəsində G1 sinfinə aid zəif maqnit qasırğası başlayıb.

Referans.az xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri xəbərdarlıq ediblər.

Məlumata görə, fırtına çərşənbə günü, noyabrın 6-da Bakı vaxtı ilə saat 21:00-da planeti bürüyüb və gecə yarısına qədər davam edib. Noyabrın 7-də Bakı vaxtı ilə saat 04:00-dan 10:00-a qədər davam edib. Növbəti dalğa Bakı vaxtı ilə saat 16:00-dan 19:00-a qədər baş verə bilər, bundan sonra maqnitosfer sakit vəziyyətə düşəcək.

Fırtınanın cümə axşamı da davam etmə ehtimalının 40 faiz olduğu qeyd edilir.

Qeyd edək ki, maqnit qasırğaları Yerin maqnit sahəsində Günəşin fəaliyyəti nəticəsində yaranan pozuntulardır. Kosmosda günəş alovları və tac kütlələrinin atılması nəticəsində planetimizə çatan və onun maqnitosferi ilə qarşılıqlı əlaqədə olan yüklü hissəciklərin güclü axınları əmələ gəlir.

Maqnit qasırğalarının insanlara təsiri müxtəlif ola bilər. Bəzi insanlar bu cür hadisələr zamanı xroniki xəstəliklərin pisləşməsi ilə üzləşirlər və baş ağrıları, yorğunluq, əsəbilik və konsentrasiyanın azalması ilə qarşılaşa bilərlər.

Eyni zamanda, maqnit qasırğaları təbii bir hadisədir və hər bir orqanizm onlara özünəməxsus şəkildə reaksiya verir. Daimi məşq, yaxşı yuxu və balanslaşdırılmış pəhriz sağlamlığınıza təsirini minimuma endirməyə kömək edə bilər.

Seçilən
27
1
referans.az

2Mənbələr