2019-cu ildə Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında söhbəti ifşa edən ukraynalı siyasətçi Aleksandr Vindman ABŞ Nümayəndələr Palatasında təmsilçilik uğrunda mübarizəni Virciniya ştatından qazanıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
“Sizin dəstəyinizlə çoxlarının mümkünsüz hesab etdiyi uğura birlikdə nail olduq. Cibində 800 dollardan az pulla bu ölkəyə gələn bir mühacirin indi burada Birləşmiş Ştatların Nümayəndələr Palatasının seçilmiş konqresmeni kimi dayandığı bunun sübutudur”, - Vindman açıqlamasında qeyd edib.
Aleksandr Vindman qardaşı ilə Trampın Zelenski ilə söhbətinin təfərrüatlarını açıqladıqdan, həmçinin 2019-cu ilin sentyabrında impiçment işində respublikaçıya qarşı ifadə verdikdən sonra məşhurlaşıb. Onun sözlərinə görə, Tramp söhbət zamanı deyib ki, Zelenski ABŞ prezidentliyinə o zamankı namizəd Co Baydenin oğlu Hunter Baydenin Ukraynada korrupsiya faktına baxsa, yaxşı olardı.