Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda evdə "Milan"a qarşı keçirdikləri matçda (1:3) Federiko Valverdeni əvəzləyən və bu addımını onun çiynindəki zədə ilə əlaqələndirən baş məşqçi Karlo Ançelottinin göstərdiyi səbəb futbolçunu təəccübləndirib.
Fanat.Az xəbər verir ki, məlumatı COPE-nin jurnalisti Xavi Qomes yayıb:
"Valverde ilə bağlı hər şey qaydasındadır. O, Ançelottinin göstərdiyi səbəbi təəccüblə qarşılayıb. Çiynində zədə olduğu yalandır. Federiko məşqçinin niyə belə dediyini bilmir".
Nihat