AZ

Şərqi Azərbaycan əyalətində qızıl mədəninin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən Əndiryan qızıl mədəninin tunellərindən birinin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Vərziğanın Günə Güvərə kəndindən olan gənclərin mədəndə qızıl əldə etmək üçün qanunsuz qazıntı apardıqları zaman baş verib.

Qeyd edək ki, Əndiryan qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib, bölgədə işsizlik və yoxsulluq ucbatından mədənə yaxın yerlərdə qazıntı aparan onlarla şəxs uçqun və tunel qazından zəhərlənərək həyatını itirib.

İranın rəsmi mediası isə qızıl mdənində işə götürülmədikləri üçün məcburiyyətdən tunellərdə qazıntı aparan şəxsləri qaçaqmalçı adlandırır. 

visiontv.az



Seçilən
27
1
visiontv.az

2Mənbələr