AZ

Azərbaycanın yaratdığı reallıqlar dünya üçün nümunədir ŞƏRH

44 günlük Vətən Müharibəsində qazanılan qələbədən tarix boyu çox danışılacaq, kitablar yazılacaq, televiziya verilişləri çəkiləcək, şərhlər, təhlilər veriləcək. Bu reallıqlar bizim Vətən sevgisi haqqında düşüncələrimizə həmişə təsir edəcək. Biz tarixi Zəfərin mahiyyətinə vardıqca ilk növbədə bilməliyik ki,Ulu Öndər Heydər Əliyev dühası sübut etdi ki, dövlət güclü olmalıdır və yalnız güclü dövlət hər şeyə qadirdir. Bunu nəzəriyyədə və praktikada Ulu Öndərdən əvvəlki dövlət başçıları edə bilmədi. Zaman sübut etdi ki, Ulu Öndərin bu konsepsiyasının əsasında güclü ideologiyanın cəmiyyətə sirayət etməsi, Vətən təəssübkeşliyi və sağlam düşüncəli vətəndaş yetişdirmək kimi mütərəqqi siyasət dayanır. Bunların vəhdəti Qələbədir. Belə də oldu. Heydər Əliyev dühası Qələbə üçün uzun tarixi bir yolun başlanğıcına xalqını çıxardı necə getməyi öyrətdi. Ali Baş Komandan İlham Əliyev isə bu yolda xalqımızın keşiyində Heydər Əliyev məktəbinin mükəmməl bilicisi kimi dayandı və ata vəsiyyətini yerinə yetirdi. Siyasi reallıqlar göstərdi ki, bunu da İlham Əliyev fenomenindən başqa heç kim edə bilməzdi.

Bunlar sadə həqiqətlər deyil, çünki qarşıda dayanan taleyüklü vəzifələri uğurla reallaşdırmaq özü ayrıca bir xarizma, müdriklik və dərin biliklər tələb edirdi. Son 30 ilin reallıqları bunun sübutudur. Yəni strategiyanın uğurlu olması, hansı şəraitdə, hansı çətin yollarla reallaşıb, onu düzgün və əsaslı şəkildə təhlil etmək vacibdir.

Biz görürük ki, bu gün əksər dünya xalqları xilaskar liderlərinin olmamasından əziyyət çəkir. Müdrik liderlər azdır, dağıdıcı qüvvələr isə çox. Onda dünyadakı mövcud reallığa təsir etməyin nə qədər çətin olduğunu təsəvvür etmək mümkündür. İlham Əliyev fenomenini bu kontekstdən təhlil etmək lazımdır. Onun siyasi liderliyinin miqyasını, milli təəssübkeşliyini, fitri istedadını və xalqına bağlı lider olmasını tarix və zaman özü sübut etdi.

Torpaqlarımızın azad olunması siyasi lider və siyasi varis kimi Prezident İlham Əliyevin strateji hədəfi olub. Əgər o, bəzi siyasətbazların təkid etdiyi zamanlarda müharibə aparsaydı bir sıra ölkələrdə olan acı tale bizi də gözləyirdi. Ancaq reallığı qiymətləndirmək və ondan xalqın qələbəsi üçün istifadə etmək məharəti İlham Əliyev şəxsiyyətinin özünəməxsus liderlik keyfiyyəti ilə dünyada analoqsuzdur. Bu məharət xalqımızı daha çox qırğından xilas edib. Zamanı qabaqlayıb və bir neçə rayonlarımız 1 güllə belə atmadan boşaldılıb. Bu, çoxlarının ağlına gəlməyən məsələ idi. İndi Azərbaycan Respublikasının ərazisində suverenliyimizin tam bərqərar olması ilə tam qələbəyə nail olmağımızın Zəfər salnaməsi fəxarət, iftixar yerimizdir. Deməli, müdrik siyasət məharəti xüsusi bir elmdir və hər kəsin də bacara biləcəyi elm deyil. Burada siyasi lider amili çox önəmlidir və həlledicidir. Dünyada kütləvi qırğınlarla aparılan müharibələrə baxsaq bizim taleyüklü məsələmiz heç də onlardan asan məsələ deyildir. Dünyanın müxtəlif bölgələrində qırğınlar dayanmır, müharibə qurtarmır, problem həllini tapmır. Bunların fonunda dünyada Azərbaycanın yaratdığı reallıqlar sabit dünya üçün bu nümunədir.

Sənan Həsənov

AMEA AHİ-nin sədri s.e.ü.f.d., dosent

Seçilən
42
sesqazeti.az

1Mənbələr