AZ

Zaxarova bu ölkəni "banan respublikası" adlandırdı

"Almaniyanın siyasi sistemi Almaniyada hakim koalisiyada parçalanmanı göstərən “banan respublikası”nın klassik nümunəsinə çevrilib".   Manset.az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında bildirib. “Almaniyada hakim koalisiyanın dağılması müasir Almaniya siyasi sisteminin əsas problemini göstərdi - bu, klassik “banan respublikasıdır” ", - o əlavə edib. Zaxarova qeyd edib ki, Almaniya hökuməti ABŞ-ni razı salmaq üçün “vətəndaşları və sənaye-iqtisadi kompleksi üçün həyati əhəmiyyət kəsb edən” Rusiya qazından imtina edib, eyni zamanda ölkədə sabit iqtisadi artım templərini saxlamaq fürsətini əldən verib. 

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Almaniyanın maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.  Keçmiş nazir siyasətçini tənqid edərək bildirib ki, Şolz bilərəkdən Azad Demokrat Partiyası (FDP), Sosial Demokratlar (SPD) və Yaşılların koalisiya hökumətində parçalanmaya səbəb olub.

Seçilən
37
manset.az

1Mənbələr