AZ

Bayraq dünya millətləri arasında bir millətin tanınması üçün çox vacib atributdur - ÖZƏL

"Bayraq bir millətin şərəf simvoludur. O elə bir atributdur ki, onun uğrunda milyonlarla insan bir anda özünü belə qurban verməyə hazır olur".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Bayraq milləti birləşdirən ən ali dəyərlərdən biridir və Azərbaycanın da yaxşı ki, belə bir bayrağı var. Bu bayraq altında mövcud bir dövlətimiz var və bu dövlət, həmin bayraq artıq yüz ildən çoxdur ki, özünü dünyaya tanıdır, öz gücünü göstərir, getdikcə qüdrətini daha da artırır. Məhz o bayrağa olan bağlılıq, o bayrağa olan sevgi, insanlarımızın vətənpərvərlik ruhunu daim yüksəkdə tutmağa xidmət edir və təsadüfi deyil ki, məhz bu bayrağın altında Vətən oğulları 2020-ci ildə 44 günün içində düşmən işğalı altında olan torpaqlarımızı azad etməyi bacardılar. Yəni bu bayraq uğrunda, bu bayrağın altındakı Vətən torpaqları uğrunda insanlarımız, gənclərimiz şəhid oldular. Bayraq müqəddəsdir, millətin kimliyidir, dünya millətləri arasında bir millətin tanınması, qəbul edilməsi üçün çox vacib atributdur. 
9 noyabr Azərbaycanda Bayraq Günü kimi qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası həm də onun qəbul etdiyi o bayrağı bu gün şərəflə başı üzərində dalğalandırmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr