Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı “Depozit lotereyası” yekunlaşıb. 7 noyabr 2024-cü il tarixində keçirilən final tirajında 50 000 AZN pul mükafatının qalibi məlum olub. Eyni zamanda 60 qalibə maksimum 2000 AZN olmaqla ikiqat faiz ödənişi təqdim olunub. Bununla da lotereya çərçivəsində ümumilikdə 100 müştəri maksimum 2000 AZN olmaqla ikiqat faiz ödənişi əldə edib. Bu isə illik ikiqat gəlir deməkdir.
Xatırladaq ki, lotereyada faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər iştirak edirdilər. Filiallarda yerləşdirilən hər əlavə 1000 AZN depozit sahibinə 10 şans, Birbank mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1000 AZN üçün 20 şans qazandırırdı.