Rusiya Prezidenti Vladimir Putin balet, xoreoqraf Eldar Əliyevlə bağlı fərman imzalayıb.
Fərmana əsasən, E.Əliyev Rusiyanın Xalq artisti adına layiq görülüb.
Qeyd edək ki, E.Əliyev 1957-ci ildə Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini fərqlənmə diplomu ilə bitirib. Sənətçi Dövlət Akademik Mariinski Teatrının Primorsk filialının balet truppasının rəhbəridir. / Axsam.az