AZ

16 yaşdan aşağı uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Avstraliyada 16 yaşına qədər uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilə bilər. 

Avstraliyanın Baş naziri Entoni Albaneze jurnalistlətə açıqlamasında deyib: "Sosial platformaların yeni qaydalara tabe olmasına çalışacağıq. Sosial şəbəkələr uşaqlarımıza zərər verir. Mən bu cür istifadəni dayandırmağa çağırıram".

Müvafiq qanunun cari il ərzində parlamentə təqdim edilməsi planlaşdırılır.

Baş nazirin sözlərinə görə, yaş məhdudiyyətləri qanun qəbul edildikdən 12 ay sonra qüvvəyə minəcək. Bu məhdudiyyətlərin pozulacağı təqdirdə sosial şəbəkə platformaları cərimələnəcəklər.

"Feysbuk" ilə "İnstaqram"ın sahibi olan "Meta" şirkətin Avstraliya hökumətinin tövsiyə elədiyi yaş məhdudiyyətlərinə riayət edəcəyini bəyan edib.

"TikTok" isə açıqlama verməkdən imtina edib.

Hürr Tərcüman

Seçilən
17
hurriyyet.az

1Mənbələr