AZ

Almaniya Bundestaqına seçkilər bu tarixdə KEÇİRİLƏCƏK

Almaniya Bundestaqına (parlament) erkən seçkilər 2025-ci il martın 9-da keçirilə bilər. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Kansleri Olaf Şoltsa istinadən məlumat yayıb.

 

Bundan əvvəl Şolts 2025-ci ilin əvvəlində Bundestaqda hökumətə etimad səsverməsi məsələsini qaldıracağını və növbədənkənar parlament seçkilərinin 2025-ci ilin mart ayının sonuna qədər keçirilə biləcəyini deyib.

 

Məlumata görə, çərşənbə günü Şolts maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib. Noyabrın 6-da axşam koalisiya komitəsinin iclası keçirilib, burada tərəfdaşlar ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün mübahisənin həllini tapmağa çalışıblar. Bölünməyə səbəb büdcə, maliyyə və iqtisadi siyasətlərdəki fərqlərdir. Daha sonra kanslerin özü xüsusi bəyanatla çıxış edərək bildirib ki, o, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Lindneri istefaya göndərməsini təklif edib.

 

Bununla bağlı Bundestaqdakı Azad Demokrat Partiyası (FDP) fraksiyasının rəhbəri Kristian Düer bildirib ki, Almaniyanın Azad Demokrat Partiyasından olan nazirlər hakim koalisiyadan tamamilə çıxırlar. Almaniya hökumətində FDP nümayəndələri dörd vəzifə tutmuşdu: maliyyə naziri, tədqiqat və təhsil naziri, ədliyyə naziri və nəqliyyat naziri.

 

Firuzə Əliyeva
 

Seçilən
24
sfera.az

1Mənbələr