AZ

Bu ölkədə nazir vəzifəsindən azad edildi - FOTO

Almaniya kansleri Olaf Şolz maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Almaniyada həftələrlə davam edən siyasi çəkişmələrdən sonra Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası və Azad Demokrat Partiyasından (FDP) ibarət üçlü koalisiya hökuməti parçalanma həddinə çatıb. Almaniya kansleri Olaf Şolz maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib. Alman mətbuatında çıxan xəbərlərdə Lindnerin büdcə çıxılmazına həll yolu olaraq erkən seçki təklif etdiyi və Scholzun bu təklifi rədd etdiyi bildirilib. Lindnerin işdən çıxarılmasının FDP-nin koalisiyadan çıxmasına gətirib çıxaracağı hələlik məlum deyil. Olaf Scholz ya Sosial Demokratlarla təkbaşına, ya da müvəqqəti parlament çoxluğuna arxalanaraq ikinci ən böyük partiya olan Yaşıllarla birlikdə azlıq hökumətinə rəhbərlik etməyə davam edə bilər.

Almaniyanın

Seçilən
27
manset.az

1Mənbələr