ABŞ seçkilərində qalib gələn respublikaçı namizəd Donald Tramp müharibələri dayandıra bilsə, Minsk Amerikanın yeni prezidentini Nobel Sülh Mükafatına namizəd göstərəcək.
Modern.az xəbər verir ki, BelTa-nın məlumatına görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Əgər o bunu edərsə, biz Nobel mükafatı üçün petisiya göndərəcəyik", - prezident deyib.