Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda PSJ-ni 2:1 hesabı ilə məğlub edən "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann Parisdə qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, fransalı hücumçu "Movistar" telekanalına danışıb:
"Bu qələbə bizə çox kömək edəcək. Hamı "Atletiko"ya qarşı oynamağın çətin olduğunu gördü. Belə qarşılaşmalar bizi gücləndirir. Bir qədər bəxtimiz gətirdi, futbol belədir. Məsələn, "Lill"i məğlub etməliydik, amma onlara uduzduq...
Üzərində işləməli olduğumuz şeylər var. Fransada olduğum, bu matçda meydana çıxdığıma görə, qürurlu və şadam. Amma daha çox "Atletiko"nun formasıyla mübarizə apardığım üçün qürur duyuram".
Qeyd edək ki, "Atletiko" növbəti matçını noyabrın 26-da səfərdə Praqa "Sparta"sına qarşı keçirəcək.
Nihat