AZ

Trampın hakimiyyət gəlməsi regiondakı proseslərə necə təsir edəcək? - Deputat AÇIQLADI

Respublikaçılar Partiyasının namizədi Donald Tramp ötən gün ABŞ-ın 47-ci prezidenti seçildi. Trampın prezidentliyi ilə dünyada baş verən proseslərin necə inkifaf edəcəyi maraq edilənlər sırasındadır. Növbəti dəfə ABŞ-a rəhbərlik edəcək Trampın prezident səlahiyyətlərinin icrasına başlayandan sonra ABŞ-ın Azərbaycan - Ermənistan sülh müqaviləsinin imzalanmasına təsiri necə olacaq? 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva News24.az-a danışıb. 

Onun sözlərinə görə, Trampın yenidən ABŞ-a rəhbərlik etməsi regionumuza kənar müdaxilələrin azalacağını gözləmək mümkündür.


“Bu ilin 20 iyununda Azərbaycan Prezidenti İlham Əliyev II Şuşa Qlobal Media Forumunda ABŞ-də keçiriləcək prezident seçkiləri və Azərbaycan-ABŞ münasibətləri ilə bağlı sualları cavablandırarkən bir daha uzaqgörənlik nümayiş etdirərək, düzgün proqnoz vermiş və cəsarətlə Trampa dəstəyini ifadə etmişdi. Cənab Prezident Trampın dövründə ABŞ-ın müharibəyə başlamadığını, həmçinin, Trampın belə bir niyyətinin olmadığını söyləməsini əsas gətirərək, Respublikaçılar hakimiyyəti ilə əlaqələrin səmərəli olduğunu qabartmışdı.

Demokratlar və Respublikaçılar hakimiyyətinə nəzər salsaq görərik ki, birincilər daha çox digər ölkələrin daxili gündəliklərinə müdaxilə etməyə meylli olurlar, digər ölkənin daxili işlərinə qarışmağı özlərinin haqqı hesab edirlər. Bu, xüsusilə də Trampın dövründə ABŞ administrasiyasının regionumuzun məsələlərinə ifrat müdaxiləsini proqnozlaşdırmıram. Həm də Azərbaycanla bağlı şişirdilmiş gözləntilərin aradan qalxacağına ümid edirəm", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, regionumuza kənar müdaxilələrin azalacağını, nəticədə süni gərginliyin azalacağını gözləmək olar:

"Çünki kənar güclərin Ermənistanı hərbiləşməyə və Azərbaycanla danışıqlarda qeyri-konstruktiv tutmağa təşviq etməsi iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını çətinləşdirib. İndi Ermənistanın reallığı tezliklə dərk edəcəyini və Azərbaycanın haqlı tələblərini icra edəcəyini gözləmək olar”. 


Ağa Dadaşzadə



Seçilən
32
50
news24.az

10Mənbələr