AZ

Lalə ilk dəfə “Azərtaş” soyadının mənasını açıqladı – İLK DƏFƏ BİLƏCƏKSİNİZ

Lalə Azərtaş aparıcısı olduğu “Təsir dairəsi” verilişində ilk dəfə soyadının mənasını açıqlayıb. 

OLAY yazır ki, televiziya ulduzu soyadının azərbaycan türkü mənasının verdiyini bildirib.

“Mənim soyadım Azərtaşdır. Hələ o zaman İranda repressiya vaxtı, qorxurdurlar. Babam bu soyadı götürmüşdü. Mənim əslim, köküm Cənubi Azərbaycana çatır. Məndən hər zaman Azərtaşın mənasını soruşurlar. Bu azərbaycan türkü deməkdir. Mən türk qadını olmaqla, türkçülüyümlə fəxr edirəm. Ulu babalarım qorxmayaraq farsların içində türk olduğunu Azərtaş soyadı ilə bəyan edib, tanıdıblar”, – deyə Lalə vurğulayıb.

L.Azərtaş universitet diplomuna soyadının düzgün yazılmadığından onu yenidən dəyişmək məcburiyyətində qaldığını söyləyib:

“Mənim 3 diplomum var. Mən indi də tələbəyəm və hazırda təhsil alıram. Dinimizdə də yazılıb ki, məzara qədər də oxuyacağam. Birinci dəfə Dillər Universitetində təhsil alanda mənim diplomuma Azərtaş soyadım “Azətac” olaraq yazılmışdı. Mən o bir hərifə görə, “ş”-nın yerinə “c” yazılmışdı deyə günlərlə o sənədin dəyişdirilməsinə görə, çoxsayda ərizələr vermişdim.  Mən özüm hər şey qanuni olsun deyə bir-bir o qapıları özüm döymüşəm. Və nəticədə diplomun dəyişdirildi. Universitet diplomu hansıki işə qəbul olanda təqdim edirsən və ya növbəti təhsilin üçün. Bu isə ömürlükdür”.

Seçilən
16
7
millitv.net

10Mənbələr