AZ

“Qarabağ”ın turnir cədvəlinin sonuncu pilləsində olmasına fikir verməməliyik”

Bu gün Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ı Norveçdə qəbul edəcək “Budo Qlimt”in baş məşqçisi Hyetil Knutsen danışıb.

Sportinfo.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Azərbaycan çempionunu yaxşı analiz etdiklərini dilə gətirib.

Bununla belə, o, qarşılaşmanın çətin keçəcəyini qeyd edib:

“Bizi asan oyun gözləmir. “Qarabağ”ın turnir cədvəlinin sonuncu pilləsində olmasına fikir verməməliyik. Meydanda hər şeyə hazır olmalıyıq.

Bunu hamı bilir ki, avrokuboklarda bütün oyunlar çətin keçir. Digər rəqiblər kimi, "Qarabağ"ın da öz üstün və zəif tərəfləri var.

Onlar ötən tur “Ayaks”a 0:3 hesabı ilə uduzdular. Ancaq qırmızı vərəqəyə qədər “Qarabağ” çox yaxşı mübarizə apardı.

Meydanda azlıqda qaldıqdan sonra “Ayaks”a uduzdular”.

"Budo Qlimt" - "Qarabağ" matçı saat 21:45-də start götürəcək.

Seçilən
13
sportinfo.az

1Mənbələr