AZ

Almaniyada Çinə işləyən amerikalı casus tutuldu

Almaniya Baş Prokurorluğu amerikalını Çinin xeyrinə casusluqda şübhəli bilərək həbs edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu bildirib.

“Federal Prokurorluq bu gün (7 noyabr 2024-cü il) Federal Məhkəmənin hakiminin 30 oktyabr 2024-cü il tarixli qərarı əsasında ABŞ vətəndaşı Martin D.-ni Frankfurt-Maynda saxlayıb. Şübhəlinin mənzilində axtarış aparılır", - məlumatda bildirilir.
Qeyd olunub ki, həmin şəxs məxfiə xidmət agenti kimi xarici kəşfiyyatla əməkdaşlığa razılıq verməkdə şübhəli bilinir.

“Martin D. Almaniyada ABŞ Silahlı Qüvvələrində çalışıb. 2024-cü ildə o, Çinin dövlət qurumları ilə əlaqə saxlayıb və onlara ABŞ ordusundan alınan məxfi hərbi məlumatları verməyi təklif edib. . O, müvafiq məlumatları ABŞ silahlı qüvvələrində işlədiyi müddətdə əldə edib”, - Almaniya Baş Prokurorluğu bildirib.

Zaur, BakuPost
Seçilən
21
bakupost.az

1Mənbələr