Varşavada artıq Kiyevə verilə biləcək silah və hərbi texnika yoxdur.
Bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış jurnalistlərə bildirib.
"Biz çoxlu avadanlığı köçürdük - mənim üçün silahların ötürülməsi prosesində limit həmişə Polşa dövlətinin təhlükəsizliyidir. Təyyarə və ya digər avadanlıqların göndərilməsi əsassızdır", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Polşa hakimiyyəti artıq mümkün olan hər şeyi Ukraynaya göndərib.