AZ

Polşa bu ölkələrlə sərhəddə "beton kirpi" quraşdıracaq

Polşa “Şərq Qalxanı” proqramı çərçivəsində Belarus və Rusiya ilə şərq sərhədində istehkamlar tikməyə başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış bildirib.

“Yaxın günlərdə - Müstəqillik gününə qədər Şərq Qalxanı çərçivəsində ilk istehkamlar bizim şərq sərhədimizdə ucaldılacaq”, - deyə başçı qeyd edib.

Onun sözlərinə görə, yaxın üç gündə "beton kirpi" və digər istehkamlar quraşdırılacaq ki, bu da düşmən qoşunlarının hərəkətliliyinə mane olacaq.

Qeyd edək ki, “Şərq Qalxanı”nın məqsədi Belarus və Rusiyadan gələn mümkün təhlükələrə qarşı durmaq üçün NATO-nun şərq cinahında müdafiə infrastrukturu yaratmaqdır.

Seçilən
24
publika.az

1Mənbələr