Bakı. Trend:
Azərbaycanın dörd il bundan əvvəl əldə etdiyi, qazandığımöhtəşəm zəfər, əslində, Azərbaycanın güclü iqtisadiyyatınınqələbəsidir.
Trend-in məlumatına görə,bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Zəfər Gününəhəsr olunmuş tədbirdə deyib.
O bildirib ki, hər şeydən əvvəl, əldə olunan nailiyyətin əsasınıtəşkil edən amillər içərisində Azərbaycanın gücü və ilk növbədəiqtisadi gücü bir amil kimi qeyd olunmalıdır:
"Bu mənada, Azərbaycanın dörd il bundan əvvəl əldə etdiyi,qazandığı möhtəşəm zəfər, əslində, Azərbaycanın güclüiqtisadiyyatının qələbəsidir. Mən bu anda Ulu Öndər Heydər Əliyevinmüdrikcəsinə dediyi bir sözü diqqətinizə çatdırmaq istəyirəm:"İqtisadiyyatı güclü olan bir dövlət hər şeyə qadirdir". Azərbaycanmüharibədə əldə etdiyi zəfərlə, əslində, Heydər Əliyevin bu müdrikkəlamlarının nə qədər böyük həqiqətə malik olduğunu sübuta yetirmişoldu.
Müharibənin qələbə ilə nəticələnməsinin çox vacib amillərindənbiri, təbii olaraq, Azərbaycanın ordusu, əsgəri və zabitləridir.Heç bir müharibə ordunun iştirakı olmadan və orduda çalışan, ordudavuruşanların qəhrəmanlığı olmadan qələbə ilə nəticələnmir".