AZ

Makron: Trampa arxalana bilmərik

Avropa ölkələri bütün təhlükəsizlik məsələlərini ABŞ-a həvalə etməməlidir.

Bakupost.az "MK"ya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, NATO bu məsələdə Avropa üçün əsas rol oynayır. Lakin dövlətlər öz strateji təhlükəsizliyini müstəqil şəkildə təmin etməyə hazır olmalıdırlar.

“Biz təhlükəsizliyimizi əbədi olaraq Amerikaya təhvil verməməliyik", - Makron Avropa Siyasi Birliyinin sammitində deyib.

O qeyd edib ki, ABŞ-də prezident seçkilərində qalib gələn Donald Tramp, onun fikrincə, “Amerika xalqının maraqlarını qorumaq” niyyətindədir.

“Biz Avropa xalqının maraqlarını müdafiə etməyə hazırıqmı?” deyə Makron sual edib.

“Kommersant” yazır ki, “The Wall Street Journal” ABŞ seçkilərindən əvvəl Aİ ölkələrinin Trampın qələbəsi halında ABŞ-la transatlantik münasibətləri kəsməyə hazırlaşdığını iddia edib. Səbəb siyasətçinin NATO üzvlərinin müdafiə xərcləmələri ilə bağlı mövqeyi və alyansdakı həmkarlarını tənqid etməsi olub.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Trampı dünyada baş verən münaqişələrə görə ABŞ-ın məsuliyyətini dərk etdiyinə görə tərifləyib.

“Kommersant” yazır ki, bundan əvvəl “The Wall Street Journal” ABŞ seçkilərindən əvvəl Aİ ölkələrinin Trampın qələbəsi halında ABŞ-la transatlantik münasibətləri kəsməyə hazırlaşdığını iddia edirdi. Səbəb siyasətçinin NATO üzvlərinin müdafiəyə xərcləmələri ilə bağlı mövqeyi və alyansdakı həmkarlarını tənqid etməsi olub.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Trampı dünyada baş verən münaqişələrə görə ABŞ-ın məsuliyyətini dərk etdiyinə görə tərifləyib.

Zaur, BakuPost
Seçilən
16
2
bakupost.az

10Mənbələr