AZ

Payız tətilindən sonra məktəblərdə ilk dərs gününün vaxtı açıqlanıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.

Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.

Bildiririk ki, bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabr 2024-cü il tarixdə, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 25 noyabr 2024-cü il tarixdə olacaq.

Qeyd edirik ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.

Seçilən
68
47
apa.az

10Mənbələr