AZ

Dünya liderləri COP29-da iştirak etmək üçün Bakıya toplaşır - ADLAR

Dünya
Almaniya Kansleri Olaf Şolts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corciya Meloni, Avropa Şurasının Prezidenti Şarl Mişel, BMT Baş katibi Antoniu Quterreş, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah, Müqəddəs Taxt-Tacın dövlət katibi Kardinal P. Parolin və digər dünya liderləri COP29-da iştirak etmək üçün Bakıya gələcəklər. 1news.az bu barədə məlumatı iqlim dəyişikliyi üzrə BMT-nin rəsmi saytına istinadən yayıb.
COP29 konfransında Rusiya Baş nazir Mixail Mişustin tərəfindən təmsil olunacaq.

Ali qonaqlar arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Ukrayna Prezidenti Volodimir Zelenski, Bolqarıstan Prezidenti Rumen Radev, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun, İsrail Prezidenti İshak Hersoq, İraq Prezidenti Əbdüllətif Rəşid, İran Prezidenti Məsud Pezeşkiyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Finlandiya Prezidenti Aleksandr Stubb, Kolumbiya Prezidenti Qustavo Petro, Qırğızıstan Prezidenti Sadır Japarov, Latviya Prezidenti Edgars Rinkeviçs, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Polşa Prezidenti Andjey Duda, Tacikistan Prezidenti Emoməli Rəhmon, Serbiya Prezidenti Aleksandar Vuçiç, Küveyt vəliəhdi H. əs-Sabah, Macarıstan Baş naziri Viktor Orban, Gürcüstan Baş naziri İrakli Kobaxidze, Albaniya Baş naziri Edi Rama, İspaniya Baş naziri Pedro Sançes, Pakistan Baş naziri Şahbaz Şərif və digər rəsmilər də yer alacaq.

Seçilən
42
1news.az

1Mənbələr