AZ

Təhsilin bir pilləsindən digərinə keçid zamanı ixtisasların uyğunluğunun müəyyən edilməsi qaydası təsdiqlənib

Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğunun müəyyən edilməsi qaydası təsdiqlənib.

“Report”un əldə etdiyi məlumata görə, bu, yeni təsdiqlənən Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələblərdə yer alıb.

Belə ki, peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu Elm və Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla müəyyən olunacaq. Bu zaman təhsil proqramlarının aid olduğu sahələr, təhsil proqramları və fənlər üzrə təlim nəticələri, təhsil proqramlarında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlər əsas götürüləcək.

Magistratura səviyyəsinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu Dövlət İmtahan Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən olunacaq. Bu zaman təhsil proqramlarının aid olduğu sahələr, təhsil proqramları və fənlər üzrə təlim nəticələri, təhsil proqramlarında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlər, eləcə də ixtisaslaşmaların xüsusiyyətləri nəzərə alınacaq.

Rezidentura səviyyəsinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu Səhiyyə Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla müəyyən olunacaq. Bu zaman təhsil proqramlarının aid olduğu sahələr, təhsil proqramları və fənlər üzrə təlim nəticələri, təhsil proqramlarında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlər, eləcə də ixtisas və ixtisaslaşmaların xüsusiyyətləri nəzərə alınacaq.

Doktorantura səviyyəsinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu ali təhsil müəssisəsində yaradılmış qəbul komissiyası tərəfindən müəyyən olunur. Bu zaman vətəndaşın ali təhsilin bakalavriat və magistratura (rezidentura) səviyyələrində təhsil aldığı ixtisasların və bu ixtisaslar üzrə təlim nəticələrinin doktorantura səviyyəsinin müvafiq ixtisasının xüsusiyyətlərinə uyğunluğu və dissertasiya üzrə tədqiqat sahəsi nəzərə alınacaq.

Seçilən
45
far.az

1Mənbələr