AZ

Ərəblər bu ulduzu pulsuz "oğurlamaq" istəyirlər

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal" "Liverpul"un hücumçusu Məhəmməd Salahı transfer etmək arzusundadır.

Publika.az “The Mirror”a istinadən xəbər verir ki, klub nümayəndələri futbolçunun transferini klublararası dünya çempionatı başlamazdan əvvəl təşkil etmək istəyirlər.

Salahın “Liverpul”la müqaviləni yeniləməyə tələsmədiyini nəzərə alan “Əl-Hilal” rəhbərliyi misirlini azad agent kimi heyətinə qatmaq fürsətindən yararlanmaq istəyir.

Hücumçu bu mövsüm 16 matçda iştirak edib. Salah həmin qarşılaşmalarda 9 məhsuldar ötürmə edib və eyni sayda qol vurmağı bacarıb.

Seçilən
11
publika.az

1Mənbələr