Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:
"Bu isə Amerikadan müəyyən şeylər tələb edir. Amerika Şərqi Avropada dövlətlərin işlərinə müdaxilə edirsə, bu onun supergüc mövqeyini qoruması cəhətdən atılan addımdır. Ona görə də kim olursa olsun, bu ümumi xətti dəyişə bilməz. Sadəcə yanaşma dəyişə bilər. Yeni yanaşma ondan ibarətdir ki, Tramp Rusiyaya qarşı mübarizəni ölkəsi üçün ikinci plana salacaq. Əsas öncəliyi isə İran və Çin siyasəti olacaq. Bu da hansı dəyişikliklərlə özünü büruzə verəcək, zamanla görəcəyik. İndidən proqnozlaşdırmaq mümkündür ki, Tramp Yaxın Şərqdə Amerikanın rolunu artırmaq üçün əməli tədbirlər görəcək. Hətta Amerika-Türkiyə münasibətində əlaqələrin yaxşılaşması baxımından addımların atılması ilə qarşılaşa bilərik. Çin siyasətində Amerika tərəfi artıq ənənəvi güc göstəricisindən daha çox iqtisadi və dövlətlərlə əlaqəni artıra bilər. Çinin bu gün kifayət qədər texniki inkişaf səviyyəsinə çatdığını nəzərə alsaq bunun qarşılığında kimin bu mübarizədən qalib çıxacağını öncədən demək mümkün deyil. Amerika bu nöqtədə Çindən bir az üstün görünür. Amma bu mübarizədə Amerika özü də bir çox şeyi itirə bilər".
Zeynəb Rzayeva