Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov “Vətən müharibəsində” şəhid olmuş Qasımov Elman Yunis oğlunun ailə üzvlərini ziyarət edib.
Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla yanaşı hüquq mühafizə orqanlarının rəhbərləri də olub.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhidin valideynlərinə baş sağlığı verib, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açıb. Bu gün şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışıb. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb.
Qasımov Elman Yunis oğlu 13 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Suqovuşan kəndində şəhidlik zirvəsinə ucalıb.