Polşa Rusiya və Belarusla sərhəddə müdafiə istehkamları quracaq
“Şərq qalxanı” proqramı çərçivəsində Polşa yaxın günlərdə Rusiya və Belarusla sərhəddə müdafiə strukturlarının quraşdırılmasına başlayacaq. Bu barədə Polşa Milli Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib.
Qeyd olunur ki, sərhəddəki müdafiə strukturlarına ehtimal olunan düşmənin qoşunlarının hərəkətinə mane olan istehkamlar, dəmir-beton kirpilər var. Sərhəddəki ərazini də buna hazırlayacaqlar.Xatırladaq ki, Polşanın Baş naziri noyabrın 1-də Rusiya Federasiyası və Belarusla şərq sərhədində “Şərq Qalxanı” adlı müdafiə strukturlarının tikildiyini açıqlamışdı. Bu infrastrukturun Rusiya və Belarusdan gələn təhdidlərin qarşısını almağa kömək edəcəyi iddia edilir.
aia.az
Tərcümə şöbəsi