İngiltərədə psixiatriya xəstəxanasında işləyən tibb bacısı Cessika Torp bir xəstənin onunla cinsi əlaqədə olduğunu iddia etməsindən sonra 2 illik işdən uzaqlaşdırılıb.
Medianews.az xəbər verir ki, bu müddət ərzində o, sosial mediada videolar paylaşaraq 50 min izləyiciyə çatıb və yüksək gəlir əldə edib.
Xəstəxana rəhbərliyi Torpun sosial media karyerasına görə istefa verdiyini iddia etsə də, tibb bacısı bunun rəhbərliyin söz-söhbətlərə müdaxilə etməməsi ilə bağlı olduğunu bildirib.
Məhkəmə Torpun işdən haqsız yerə qovulması, müqavilənin pozulması və əməkhaqqının qeyri-qanuni kəsilməsi ilə bağlı iddialarını əsaslı hesab etsə də, təzminat məbləğinin növbəti iclasda müəyyən ediləcəyini açıqlayıb.
Medianews.az