Vaqif Cavadovun gəlişi «Sumqayıt»ın futbolçularına böyük miqdarda pul qazandırıb. Baş məşqçi səlahiyyətlərini yerinə gətirən mütəxəssisin rəhbərliyi altında 3 oyuna 2 qələbə qazanan «kimyaçılar»ın hər biri 2500 manat civarında mükafat əldə edib. Belə ki, «gənclik şəhəri» təmsilçisi Premyer Liqanın 11-ci turunda «Səbail»ı səfərdə, evdə «Sabah»ı 1:0 hesabıyla üstələyib. Qeydə alınan 6 xala görə üst-üstə bu qədər qazanca sahib çıxıblar.
Sumqayıtlılar Samir Abasovun gedişindən sonra turnir cədvəlində irəliləyiş əldə edib. 13 xala malik kollektiv hazırda 6-cı pillədə yerləşib.
SPORTİNFO.AZ