AZ

Azərbaycanda bank kreditlərinin fazilərinin aşağı salınması təklif edilib

Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov Azərbaycanda bank kreditlərinin faizlərinin aşağı salınmasını təklif edib.

Fins.az-ın məlumatına görə, S.Novruzov bildirib ki, yüksək kredit faizləri kiçik və orta sahibkarların fəaliyyətinə mane olur.

“Kredit faizləri aşağı salınmalı və müddətləri uzadılmalıdır ki, insanlar sahibkarlıqla məşğul ola bilsinlər,” - deyə o qeyd edib.

Deputat, həmçinin ölkədə bankların sayının azaldığını vurğulayıb.

“Azərbaycan müstəqillik qazandıqdan sonra 207 bank fəaliyyət göstərirdi, indi isə Mərkəzi Bankla birlikdə cəmi 22 bank qalıb. Yeni bankların, xüsusən regional və xarici tərəfdaşlarla birgə bankların açılması zəruridir,” - deyə Novruzov əlavə edib.

Seçilən
24
fins.az

1Mənbələr