Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri barədə məlumat verilib.
Xalqcebhesi.az Türkiyənin “sabah.com.tr” saytına istinadən xəbər verir ki, Rusiya ordusu Donetskdə irəliləməyə davam edir. Onlar bu gün də Donetskin Kremennaya Balka qəsəbəsini ələ keçiriblər.
Açıqlamada son 24 saat ərzində 119 bölgədə Ukraynanın hərbi hava limanı infrastrukturuna, pilotsuz uçuş aparatlarının (PUA) anbar mərkəzlərinə, silah, sursat və yanacaq anbarlarına qarşı hücumların təşkil edildiyi vurğulanıb.
Həmçinin “Hərbi əməliyyat başlayandan indiyədək Ukrayna ordusuna aid 648 təyyarə, 283 helikopter, 35 min 353 PUA, 585 hava hücumundan müdafiə raket sistemi, 19 min 71 tank və zirehli texnika, 1 min 484 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 17 min 418 haubitsa, 28 min 32 xüsusi təyinatlı hərbi maşın məhv edilib” deyə bildirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gün Rusiya ordusunun Donetsk vilayətində Antonovka və Maksimovka yaşayış məntəqələrini də nəzarətə götürdüyünü qeyd etmişdi.