Rusiyada 2024-cü ilin əvvəlindən 128 milyon tondan çox taxıl yığılıb.
Musavat.com xəbər verir ki, məlumatı Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut hökumətin iclasında açıqlayıb.
Onun sözlərinə görə, hazırda sahələrin 97 faizi biçilib, 128 milyon tondan çox məhsul yığılıb.
Lut qeyd edib ki, Rusiyada payız tarla işləri son mərhələdədir: “Bu il fermerlərin üzləşdiyi müxtəlif hava anomaliyalarına baxmayaraq, ümumilikdə biçin kampaniyası gözlənildiyi kimi başa çatır”.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin oktyabrda endirilmiş proqnozunda taxıl yığımın 130 milyon ton, o cümlədən buğda yığımının 83 milyon ton təşkil edəcəyi nəzərdə tutulur.
2023-cü ilin eyni dövründə Rusiyada taxıl sahələrinin 95,6 faizindən 147,3 milyon ton taxıl, o cümlədən 98 milyon ton buğda yığılmışdı. Bu isə o deməkdir ki, bu il qonşu ölkədə taxıl istehsalı illik ifadədə 13 faiz, o cümlədən buğda istehsalı 15 faiz azalır.
Musavat.com