AZ

“Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olundu - Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Mərkəzdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, həmçinin Vətən Müharibəsi Qəhrəmanlarının iştirakı ilə keçən tədbirdə Mərkəzin təlimçiləri və benefisiarlarının hazırladıqları əl işlərinə baxış olub.

Həmçinin, Mərkəzin fotoqrafiya üzrə təlimçisi Orxan Əzimin işğaldan azad edilmiş ərazilərimizdən çəkdiyi fotolar ilk dəfə ictimaiyyətə təqdim olunub.  

Tədbirdə 44 günlük Vətən müharibəsinin parlaq qəhrəmanlıq səhifələrindən birinin də Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsi olduğu, bu şanlı tarixin gələcək nəsillərə çatdırılmasında filmlərin, fotosənədlərin vacibliyi qeyd edilib. Bu baxımdan “Hadrut, sən azadsan!” sənədli filminin də mühüm önəmi diqqətə çatdırılıb.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə ərsəyə gələn həmin filmin bundan əvvəl çəkilən “Şuşa, sən azadsan!” sənədli filmi kimi müasir tariximizin ən parlaq səhifələrini kino salnaməsinə çevirdiyi vurğulanıb.

Qeyd edək ki, filmin prodüserləri Orman Əliyev və Nazim Hüseynov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.

Sonra “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş etdirilib.




Seçilən
46
8
qafqazinfo.az

8Mənbələr