AZ

Arzu Nağıyev bu qanunlarda dəyişiklik edilməsi layihəsi barədə çıxış etdi

Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev   “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verilib. O, sənədin Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edildiyini deyib. Layihədə hərbi vəzifəlilərin ehtiyatda olduqları müddətdə hərbi toplanışlara çağırılması qaydaları ilə bağlı dəyişikliklərin təklif edildiyini söyləyib.
Həmçinin  Arzu Nağıyev “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) təqdim edib. O, diqqətə çatdırıb ki, 3 fəsil, 14 maddədən ibarət olan qanun layihəsi  Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir.Komitə sədri layihənin plenar iclasda birinci oxunuşu zamanı səsləndirilən fikirlərə münasibət bildirərək qeyd edib ki, sənəd humanitar minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi sahəsində ictimai münasibətləri tənzimləyir. O, beynəlxalq əməkdaşlığa dair təkliflərlə bağlı İkinci Qarabağ müharibəsindən sonra digər dövlətlərin Azərbaycanın bu sahədəki təcrübəsindən istifadə etmək istəyi olduğunu və bu istiqamətdə təkliflərin nəzərdən keçirildiyini söyləyib. Komitə sədri bu qanunun ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədi ilə aparılan mina əleyhinə fəaliyyətin həyata keçirilməsində əhəmiyyətli rol oynayacağını söyləyib.

Layihədə qanunda istifadə olunan əsas anlayışların mənası, qanunvericilik və bu qanunun tətbiq dairəsi müəyyən edilir. Habelə, mina əleyhinə fəaliyyətin təşkili və həyata keçirilməsi sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tədbirlər, təhlükəli ərazilərdə minatəmizləmə subyektləri və bununla bağlı tələblər öz əksini tapıb. Bununla yanaşı, minatəmizləyənlərin təminatları, mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi, Qanunun pozulmasına görə məsuliyyətlə bağlı maddələr ehtiva olunur.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə təqdim edib. O, vurğulayıb ki, qanun layihəsi hərbi xidmətin keyfiyyətini artırmaq və hərbi qulluqçuların hüquqlarını daha səmərəli qorumaq məqsədi ilə hazırlanıb, sənəddə hərbi xidmətin təkmilləşdirilməsi və hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılma prosedurlarının daha şəffaf həyata keçirilməsi nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunu

Seçilən
8
xalq.az

1Mənbələr