AZ

Respublikaçılara Konqresə nəzarət etmək üçün azı 9 yer lazımdır - Proqnoz

Respublikaçılar Partiyasının nümayəndələrinin ABŞ Konqresinə nəzarət etmək üçün Nümayəndələr Palatasında 10-dan az yeri qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "NBC"i proqnoz yayıb.

Kanalın hesablamalarına görə, respublikaçılar artıq Nümayəndələr Palatasında 209 yer qazanıblar. Beləliklə, Konqresə nəzarət etmək üçün azı daha 9 yer tutmaq lazımdır.

Nümayəndələr Palatasında yerlərin ümumi sayı 435-dir. Demokratlar indiyədək 187 yer qazanıblar. Səslərin hesablanması davam edir.

ABŞ Senatında Respublikaçılar Partiyasının nümayəndələri artıq 100 mandatdan 52-ni qazanıblar. Onların rəqibləri isə 44 yeri tutub.

ABŞ Konqresinə seçkilər noyabrın 5-də baş tutan prezident seçkiləri ilə eyni vaxtda keçirilib.


Müəllif: Arzu
Seçilən
23
teleqraf.com

1Mənbələr