AZ

Nehrəm qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün mühüm işlər görülüb

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən investisiya layihələri çərçivəsində Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün genişmiqyaslı işlər görülüb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, 2023-2024-cü illərdə Nehrəm qəsəbəsində içməli su şəbəkəsində 10872 metr uzunluğunda müxtəlif diametrli polietilen boru xətti çəkilərək 721 ev su şəbəkəsinə qoşulub, 2076 evə su sayğacı quraşdırılıb. Kanalizasiya şəbəkəsində diametri 100 və 150 millimetr olan 26 min 745 metr uzunluğunda kanalizasiya borusu çəkilib və 2515 ev kanalizasiya şəbəkəsinə qoşulub, həmçinin 46 ədəd siyirtmə quraşdırılıb. Ümumilikdə, 2011-ci ildən icrasına başlanan layihədə 3 minə qədər ev su və kanalizasiya şəbəkəsinə birləşdirilib, 2398 abonentlə müqavilə bağlanılıb.

Qeyd edək ki, yeni içməli su xətlərinin çəkilməsi və sayğacların quraşdırılması nəticəsində əhalinin içməli su təminatı daha da yaxşılaşacaq, yeni kanalizasiya xətlərinin çəkilməsi isə tullantı sularının torpağı, yeraltı və yerüstü su mənbələrinin çirkləndirilməsinin qarşısını alacaq. Beləliklə, görülən işlər nəticəsində  əhalinin içməli su təchizatı daha etibarlı təmin olunacaqdır.

Seçilən
14
3
ikisahil.az

4Mənbələr