Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymarın zədə ilə bağlı durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, müayinə nəticəsində braziliyalı ulduzun bud nahiyəsində qopuq olduğu aşkara çıxıb.
Bu barədə klubun rəsmi məlumatında deyilir.
Futbolçu dörd həftədən altı həftəyə qədər davam edə biləcək müalicə və reabilitasiya kursundan keçməlidir.
Neymar Asiya Çempionlar Liqasında "İstiqlal"la oyunda zədələnib.
Xatırladaq ki, Neymar bundan əvvəl, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Uruqvayla matçda aldığı dizindəki çarpaz bağın qopması səbəbindən bütün ili buraxmışdı.
Mirağa