AZ

Almaniya Prezidenti onları vəzifələrindən azad etdi

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın ədliyyə naziri Marko Buşman və təhsil və tədqiqat naziri Bettina Stark-Vatzingeri vəzifələrindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, nazirlərin hər üçü Azad Demokrat Partiyasını təmsil edir.

Qeyd edək ki, noyabrın 7-də Ştaynmayer deputatlar kansler Olaf Şoltsa etimad göstərməkdən imtina edərsə, Bundestaqı buraxmağa və Almaniyada növbədənkənar parlament seçkilərinə başlamağa hazır olduğunu bəyan edib.

Xatırladaq ki, ötən gün Almaniyanın maliyyə naziri Kristian Lindner vəzifəsindən uzaqlaşdırılıb.

Seçilən
78
50
qafqazinfo.az

10Mənbələr