AZ

Xaricdə təhsil alanlara diplomların tanınması ilə bağlı ÇAĞIRIŞ

Bakı. Trend:

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarınıntanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xaricidövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasıQaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan RespublikasıElm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən TəhsildəKeyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyatakeçirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, sözügedən Qaydalaraəsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarınınAzərbaycan Respublikasının ərazisində qüvvədə olması üçüntanınmanın həyata keçirilməsi zəruridir.

Bildirilib ki, müraciətçinin sənədlərinin ekspertizasınınnəticəsi müsbət qərarla yekunlaşdığı təqdirdə, tanınmaşəhadətnaməsi müvafiq olaraq elektron şəkildə müraciətçinın şəxsikabinetinə göndərilir:

"Son zamanlar vətəndaşlar, işəgötürənlər, eləcə də tərəfdaşqurumlar tərəfindən TKTA-ya edilən müraciətlərə əsasən aparılanaraşdırma nəticəsində məlum olub ki, bəzi şəhadətnamələrsaxtalaşdırılır. Təəssüflə qeyd etmək istərdik ki, saxtaşəhadətnamə sahibləri dinlənildikdə, diplom tanınması üçün müəyyənvasitəçilərlə əməkdaşlıq etdikləri məlum olub.

Bir daha diqqətinizə çatdırırıq ki, Təhsildə Keyfiyyət TəminatıAgentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurlarıilə bağlı heç bir şəxslə, şirkətlə əməkdaşlıq etmir və bu kimivasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Qeyd edirik ki, sözügedən əməl Azərbaycan Respublikasınınqanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və TKTA öznövbəsində aşkarlanmış faktlar üzrə mütəmadi olaraq aidiyyətiqurumları məlumatlandırır.

TKTA bu kimi halların qarşısını almaq məqsədilə müvafiqşəhadətnamələrin üzərində olan ştrix kodu (QR) skan edərəkyoxlamaqla yanaşı, sözügedən sənədin əlavə olaraq https://edu.gov.az/az/yoxlakeçidi vasitəsilə həqiqiliyinin təsdiqlənməsini tövsiyə edir.

Qeyd edilənlərlə yanaşı, istifadə rahatlığını təmin etməkçərçivəsində TKTA-nın internet səhifəsində Azərbaycan Respublikasıərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş xaricidövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləribarədə məlumat bazası (https://apply.enic.edu.az/e-reference/)istifadəyə verilmişdir. Həmin məlumat bazasından xarici ali təhsilixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiqdiplom sahibləri barədə məlumat əldə etmək mümkündür".

Seçilən
36
7
az.trend.az

10Mənbələr