AZ

Nizami Səfərov qanunda dəyişiklik edilməsi layihəsi barədə çıxış etdi

Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Deputat layihənin mətnində heç bir dəyişikliyin edilmədiyini söyləyib və onun olduğu kimi qəbul edilməsini xahiş edib.

Sənəddə təklif olunan dəyişikliklərdə hakim vəzifəsinə namizədlərin seçilməsi və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Seçilən
43
xalq.az

1Mənbələr