AZ

BƏƏ COP29-da 60-dan çox iqlim tədbiri keçirəcək

Bakı. Trend:

BƏƏ COP29-da iştirakı çərçivəsində ölkənin milli pavilyonunutəqdim edəcək və qlobal iqlim gündəmində əhəmiyyətli irəliləyişintəşviqinə yönəlmiş 60-dan çox tədbir və dialoqlar keçirəcək.

Trend xəbər verir ki, BƏƏxarici işlər nazirinin enerji və dayanıqlı inkişaf üzrə köməkçisiAbdulla Əl Balalaa ölkənin milli pavilyonunun təqdim ediləcəyi vəqlobal iqlim gündəmində əhəmiyyətli irəliləyişin təşviqinə yönəlmiş60-dan çox tədbir və dialoqların keçiriləcəyi COP29-dakıiştirakının təfərrüatını bölüşüb.

“COP29 ortaq iqlim yolumuzda həlledici məqamdır”, – obildirib.

O qeyd edib ki, BƏƏ konsensusunun qlobal istiləşməni 1,5°Cdərəcə qədər məhdudlaşdırmaq üçün zəmin yaratmasından bir ilkeçib.

“Bu, bizi yeni öhdəliklərə yaxınlaşdırır, çünki ölkələr İqlimDəyişikliyi ilə bağlı planlarını təqdim etməyə hazırlaşırlar. BƏƏbu mühüm tədbirin keçirilməsində Azərbaycanın liderliyinidəstəkləyərək, enerji keçidini irəliyə aparacaq iddialı əməkdaşlığasadiqdir”, - Abdulla Əl Balalaa deyib.

BƏƏ-nin “birgə fəaliyyətin sürətləndirilməsi” mövzusuna həsrolunmuş pavilyonu Mavi zonada yerləşəcək və burada hökumətrəsmiləri, sənaye mütəxəssisləri, alimlər və gənc liderlər iqlimmövzusunda əsas məsələləri müzakirə edəcəklər.

Pavilyonda proqramlar iqlim dəyişikliyi ilə mübarizəyə maliyyədəstəyinin səfərbər edilməsindən, cənub ölkələrinin dekarbonizasiyaprosesinin dəstəklənməsindən və süni intellektin qida və sutəhlükəsizliyində roluna qədər geniş mövzulara həsr ediləcək. Digərmüzakirələr AIM4Climate və manqrov meşələri üzrə irəliləyiş kimiiqlim təşəbbüslər çərçivəsində tərəfdaşlıqları, həmçinin, 2026-cıildə BƏƏ və Seneqalın birgə təşkil edəcəyi BMT Su ResurslarıKonfransına hazırlıq planlarını əhatə edəcək.

BƏƏ pavilyonunda COP28-in mirası və BƏƏ-nin konsensusnailiyyətləri də daxil olmaqla mühüm mərhələlər nümayiş olunacaq.Bioloji müxtəliflik, ərzaq və su dayanıqlılığı, həmçinin dairəvişəhərlərə diqqət yetirən pavilyon iqlimə davamlı gələcək üçün birgəhəll yollarına ilham vermək məqsədi daşıyır.

Məqalədə:
Seçilən
25
2
az.trend.az

3Mənbələr