AZ

Dövlət Xidməti: Azərbaycanda rəqabətin məhdudlaşdırılmasına dair müraciətlərin 59 %-i təmin edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hökmran mövqedən sui-istifadə etməklə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi ilə əlaqədar baxılmış 125 müraciətin 59 %-i təmin edilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.

Onun sözlərinə görə, rəqabətin məhdudlaşdırılmasının qarşısının alınması istiqamətində Xidmət tərəfindən görülən tədbirlər sahibkarlıq subyektləri ilə yanaşı, istehlakçıların da mənafelərinin qorunmasına yönəlib.

Seçilən
24
far.az

1Mənbələr