Rusiyanın Perm vilayətinin Berezniki şəhərində on minlərlə insan işıqsız və susuz qalıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Diqqət, Xəbər” Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, şəhərdə su yoxdur, 50 minə yaxın insanın yaşadığı bəzi ərazilərdə isə işıq yoxdur.
Ağacların aşması nəticəsində yerli suqəbuledicidə qəza baş verib.
Stansiyadakı problemlər həllini tapmayıb. Şəhər uşaq bağçaları və məktəbləri bağlanıb. Yerli sakinlərin sözlərinə görə, onlar yuyunmaq üçün qarı əritməyə məcburdurlar.
Şəhər rəhbərliyi əlavə edib ki, hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.
Oktyabrın 27-də Stavropol diyarının Essentuki şəhərində elektrik yarımstansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisində fasilə yaranıb. 30 mindən çox yerli sakin işıqsız qalıb.
Oktyabrın 23-də Primorsk diyarında 6 yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Səbəb bölgədə leysan yağışlar və küləyin güclənməsi nəticəsində yaranan şəbəkənin nasazlığı olub.
Əvvəllər Rusiyanın ən yüksək dağlıq şəhərinin sakinləri su və istiliksiz qalıblar.
Nigar