1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"2024-cü il noyabrın 5-də keçirilən səsvermənin nəticələrinə əsasən, Donald Tramp ABŞ-nin 47-ci prezidenti olur. Demokratların namizədi Kamala Harrisə verilən səslərlə müqayisədə onun üstünlüyü əhəmiyyətli olub, baxmayaraq ki, son ana qədər çoxları Trampın qalib gəlməsinə inanmırdı".
Bu barədə "Caliber" "Youtube" kanalının növbəti süjetində deyilir.
"Çoxları xatırlayır ki, Tramp 2020-ci il seçkisində əhəmiyyətli dəstək almışdı, lakin səslərin yekun hesablanması demokratların namizədi Co Baydenin qələbəsinə gətirib çıxardı və bu, birincinin seçki saxtakarlığı ilə bağlı iddialar irəli sürməsinə səbəb oldu.
Lakin bu iddialar müxtəlif instansiya məhkəmələri, o cümlədən ABŞ Ali Məhkəməsi tərəfindən rədd edildi, çünki məhkəmə seçkinin nəticələrinə təsir edə biləcək hər hansı böyük pozuntuları təsdiqləmək üçün kifayət qədər sübut tapmadı.
Bu dəfə respublikaçılar prosesə daha dərin yanaşdılar: onlar əsas ştatlarda öz komissiyalarını yaratdılar, səsvermə prosesini və səslərin hesablanması prosesini diqqətlə izlədilər", - materialda qeyd olunur.
Daha ətraflı süjetdə: