Ağdam rayonunun böyük inzibati vahidi, 15 minə yaxın əhalisi olan Çəmənli kəndində bir dənə də olsun bankomat yoxdur.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəxtiyar Əliyev bildirib.

“Həmin kənd Ağdamın işğal olunmamış 40-a yaxın kəndindən biridir. Kəndin əhalisinin çox olduğunu nəzərə alaraq həmin ərazidə bankomat quraşdırılmasına şərait yaradılsın”, – deyə o qeyd edib.